Sabah İmam Xomeyninin (r.ə) vəfatının ildönümü günüdür
https://azeri.sahartv.ir/news/İran-i389760-sabah_İmam_xomeyninin_(r.ə)_vəfatının_ildönümü_günüdür
Sabah iyunun 4-ü İran İslam Respublikasının dahi banisi İmam Xomeyni (r.ə) həzrətlərinin vəfatının ildönümü günüdür.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 03, 2022 15:53 Asia/Baku
  • Sabah İmam Xomeyninin (r.ə) vəfatının ildönümü günüdür

Sabah iyunun 4-ü İran İslam Respublikasının dahi banisi İmam Xomeyni (r.ə) həzrətlərinin vəfatının ildönümü günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, bu münasibətlə paytaxt Tehran da daxil olmaqla ölkənin hər yerində milli matəm mərasimləri keçiriləcək.

Tehranda keçirilən mərasimdə İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin zəvvarlar qarşısında çıxış edəcəyi bildirilir.

Səhər beynəlxalq televiziya kanalı Bakı vaxtı ilə saat 09:30-da Böyük Rəhbərin söhbətlərini birbaşa təqdim edəcək.

İmam Xomeyninin (r.ə) vəfatı ilə əlaqədar bütün dünya müsəlmanlarına və o, həzrətin vurğunlarına başsağlığı veririk.