İranın sərbəst güləşçiləri Turlixanov Kubokunda üçüncü qızıl medalı qazanıblar
https://azeri.sahartv.ir/news/İran-i389794-İranın_sərbəst_güləşçiləri_turlixanov_kubokunda_üçüncü_qızıl_medalı_qazanıblar
İranın 92 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçisi Qazaxıstan yarışlarında rəqibini 11-0 hesabı ilə məğlub edərək, qızıl medal qazanıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 06, 2022 10:19 Asia/Baku
  • sərbəst güləşçi
    sərbəst güləşçi

İranın 92 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçisi Qazaxıstan yarışlarında rəqibini 11-0 hesabı ilə məğlub edərək, qızıl medal qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın 92 kiloqram çəki dərəcəsində sərbəst güləşçisi və dünya qızıl medalçısı Kamran Qasimpur final görüşündə Qazaxıstandan olan Adilit Davulbayevlə qarşılaşıb və sonda dörd dəqiqə ərzində 11-0 hesabı ilə qalib gəlib və İran komandasının Bulat Turlıxanov Kuboku yarışında sərbəst güləş üzrə üçüncü və son qızıl medalını boynuna asıb. 

Qasimpur yarımfinal görüşündə də qazaxıstanlı Bayaqnjevə 11-0 hesabı ilə qalib gələrək finala yüksəlib.

İranın digər sərbəst güləşçisi Həsən Yəzdani də bu yarışların son günündə bütün rəqiblərini məğlub edərək, qızıl medalı qazanıb. 

Həmçinin ağır çəki dərəcəsində mübarizə aparan Əmir Hüseyn Zare yarışların ilk günündə qızıl medal, Əmir Hüseyn Firuzpur isə gümüş medal qazanıb.