İranlı fotoqraflar Kanada Foto Festivalında qızıl medal qazanıblar
https://azeri.sahartv.ir/news/İran-i389826-İranlı_fotoqraflar_kanada_foto_festivalında_qızıl_medal_qazanıblar
Üç iranlı fotoqraf Kanadada keçirilən Corc Barker Beynəlxalq Foto Festivalında qızıl medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2022 14:55 Asia/Baku
  • İranlı fotoqraflar
    İranlı fotoqraflar

Üç iranlı fotoqraf Kanadada keçirilən Corc Barker Beynəlxalq Foto Festivalında qızıl medal qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İRNA-nın məlumatına görə, Mehdi Zabol Abbasi  Beynəlxalq Foto Sənəti Federasiyasının Açıq Rəng bölməsində qızıl medal, Mehdi İshaq Qalibaf Beynəlxalq Foto Sənəti Federasiyasının Turizm bölməsində və Mərcan Təqipur Amerika Fotoqrafiya Cəmiyyətinin Rəngli Portret bölməsində Qızıl Medalı qazanıblar. 

Beynəlxalq Corc Barker Foto Festivalı, Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyası və Amerika Fotoqrafiya Assosiasiyasının icazəsi ilə Kanadada keçirilib və festivalın nəticələri iyunun 4-də açıqlanıb. 

Beynəlxalq Corc Barker Foto Festivalı 6 kateqoriyada, Açıq Monoxrom, Açıq Rəng, Rəngli portret, Rəngli Aerofotoqrafiya, Təbiət və Turizm kateqoriyaları üzrə keçirilir.