İyun 09, 2022 12:58 Asia/Baku
  • AEBA DŞ-nin qətnaməsinə cavab qətiyyətlidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasında İran əleyhinə qəbul edilən qətnamənin banilərinin bu hərəkətin sonrakı nəticələrində məsuliyyət daşıyacaqlarını bildirib. Vurğulayıb ki, İranın cavabı qətiyyətli və mütənasibdir.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə bu gün səhər saatlarında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin anti-İran qətnaməsinə cavabda bir tvittdə yazıb: Amerika və üç Avropa ölkəsi dünyada ən şəffaf dincməqsədli nüvə proqramına malik olan bir ölkəyə qarşı yanlış müşavirə və əks-hesablamadan irəli gələn bir qətnaməni irəlilətmək üzrə səylə, öz dardüşüncəli instinktlərini agentliyin etibarından yuxarı tutublar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Bu qətnamənin əsasını qoyanlar birbaşa şəkildə sonrakı nəticələrdə məsuliyyət daşıyacaqlar. İranın cavabı qətiyyətli və mütənasibdir.

 

Teqlər