Əmir Abdullahian: "ABŞ-ın birtərəfli və zalımcasına sanksiyaları sona çatacaq"
İranın xarici işlər naziri deyib: "İran İslam Respublikası növbəti addımda şübhəsiz ki, ABŞ-ın sanksiyalarını təsirsiz halına gətirəcək, Çünki beynəlxalq hüquqda onların heç bir yeri yoxdur".
SəhərAzəri-nin məlumatına əsasən, Hindistanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Heydərabad şəhərinin ticarət palatasının üzvlərinin iştirakı ilə keçirilən "İran və Hindistan arasında ticarət imkanlarının inkişaf etdirilməsində perspektivli addımlar" adlı toplantıda çıxışı zamanı qeyd edib ki, İranın yeni hökuməti davamlı iqtisadi inkişaf proqramını tamamlamaq və sürətləndirmək əzmindədir.
Əmir Abdullahian vurğulayıb: "ABŞ-ın birtərəfli və zalımcasına sanksiyaları sona çatacaq və davam etməyəcək və İran xalqı öz müqaviməti və sayıqlığı sayəsində ilk addımda bu sanksiyaları təsirsiz hala salıb və ən çox sanksiyaya məruz qalan hər bir sahədə İran üçün ən çox irəliləyiş əldə olunub".