İyun 11, 2022 16:59 Asia/Baku
  • İran Şimal-Cənub dəhlizi üzrə pilot tranzitə start verir

İran İslam Respublikasının Gəmi Xətləri ilk dəfə olaraq Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə Rusiyadan Hindistana malların çoxtərəfli tranzitinə başlayıb. 

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə "İRNA"ya Həştərxan iqtisadi zonasında yerləşən Rusiya-İran Solyanka limanının sədri Dariuş Camali bildirib.

Camalinin sözlərinə görə, bunlar limanlarda və gömrükdə rüsumların azaldılması, konteynerlərin gözləmə müddətinin azaldılması, yüklərin çatdırılmasının sürətləndirilməsi, boş və ya dolu konteynerlərin ötürülməsi zamanı təhlükələrin aradan qaldırılması deməkdir. Birinci çoxtərəfli tranzit iki 41 tonluq plastik konteynerdən ibarətdir. Pilot partiya Sankt-Peterburqdan göndərilib və Xəzər dənizi vasitəsilə İrana çatmaq üçün Həştərxan limanına çatdırılıb.

Camali qeyd edib ki, tranzit əməliyyatını İranın logistika şirkətləri həyata keçirir.

Teqlər