İyun 14, 2022 15:13 Asia/Baku
  • İran və Türkmənistan
    İran və Türkmənistan

Türkmənistan prezidentinin İrana səfəri öncəsi bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abadullahian türkmən həmkarı Rəşid Meredov ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov yüksək səviyyəli nümayəndə heyətinin başçılığı ilə bu gün axşam saatlarında İrana gələcək.

Türkmənistan prezidenti Berdiməhəmmədovun İrana iki günlük səfərinin gündəliyinə Səədabad Sarayında rəsmi qəbul, İran İslam Respublikasının Prezidenti ilə görüş və danışıqlar, iki dövlətin yüksək səviyyəli nümayəndə heyətlərinin birgə iclasının keçirilməsi və bir sıra memorandumların imzalanması daxildir

 

Teqlər