Türkmənistan prezidenti Tehrana daxil olub
Türkmənistan prezidenti yüksək səviyyəli nümayəndə heyətinin başında Tehrana daxil olub.
SəhərAzəri-nin məlumatına əsasən, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisinin rəsmi dəvəti ilə yüksək səviyyəli siyasi və iqtisadi nümayəndə heyətinin başçılığı ilə bu gün axşam saatlarında İranın paytaxtı Tehrana gəlib.
Serdar Berdiməhəmmədov və onu müşayiət edən şəxsləri İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi qarşılayıb.
Türkmənistan prezidenti iki günlük səfəri çərçivəsində İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşəcək və danışıqlar aparacaq, İranla bir sıra əməkdaşlıq sənədləri və anlaşma memorandumu imzalayacaq.
Bu, Berdiməhəmmədovun Türkmənistan Respublikasının prezidenti kimi hakimiyyətə gəldikdən sonra İrana ilk səfəridir.