İyun 14, 2022 20:54 Asia/Baku
  • İran və Türkmənistan
    İran və Türkmənistan

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian İran və Türkmənistan arasında münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu bəyan edərək, vurğulayıb: "Bizim hərtərəfli razılaşma və anlaşma memorandumlarımız var ki, onların tam şəkildə həyata keçirilməsinə doğru hərəkət edilməlidir".

SəhərAzəri-nin məlumatına əsasən, Əmir Abdullahian bu sözləri Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun Tehrana səfəri ərəfəsində türkmən həmkarı Rəsid Meredov ilə Tehranda görüşü zamanı deyib.

O, bir daha Türkmənistanda prezident seçkilərinin uğurla keçirilməsini təbrik edib və bildirib ki, Türkmənistan prezidentinin iki ölkə arasında əlaqələrin qurulmasının 30-cu ildönümü ilə bağlı Tehrana səfəri mühüm əhəmiyyət kəsb edir.

Türkmənistanın xarici işlər naziri öz növbəsində bildirib ki, prezident Sərdar Berdiməhəmmədovun Tehrana gözlənilən səfəri onun ölkəsinin İranla münasibətlərə diqqətinin göstəricisidir.

Meredov bildirib ki, Aşqabad bu səfər üçün müxtəlif planlar hazırlayıb və onların Türkmənistan prezidentinin Tehrana səfəri zamanı işə düşəcəyinə ümid edir.

O, həmçinin Aşqabadda keçiriləcək Xəzəryanı dövlətlərin zirvə toplantısına lazımi hazırlıqların görülməsi üçün Tehranla qarşılıqlı və çoxtərəfli əməkdaşlığa çağırıb.

Teqlər