İyun 15, 2022 20:52 Asia/Baku
  • Məhəmməd İslami
    Məhəmməd İslami

İranın atom enerjisi təşkilatının sədri vurğulayıb ki, İran MAQATE ilə heç bir çəkişməyə malik deyil.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd İslami İran-Press-lə müsahibədə deyib ki, MAQATE-nin 20 illik əhatəli sənədinə əsasən, İranda elektrik enerjisi istehsalı üçün istixana yanacaqlarının ləğv edilməsi məqsədilə on min meqavat elektrikin istehsalı üçün nüvə stansiyasının inşası, gündəmdə durubdur.

İranın atom enerjisi təşkilatının sədri deyib: Əhatəli nüvə sənədinə əsasən, radiodərmanlar, qida maddələri və kənd təsərrüfatında şüavermənin məziyyətlərindən bəhrələnmək üçün İran 20 ilədək şüavermə sisteminin düzəldilməsi və hazırlanması üzrə on iki qütblə təchiz olunacaq.

Region ölkələrinə radio-dərmanların ixracatına işarə edən İranın atom enerjisi təşkilatının sədri söyləyib: İndiyədək İraq, Hindistan, Suriya və bir Orta Asiya ölkəsi kimi 9 ölkə İranın radiodərman məhsullarını alıb və ixracatı artırmağa hazırlıq var.

İslami əlavə edib: Nüvə stansiyalarında dəniz suyunu şirinləşdirmək üzrə proqram hazırlanıb.

İranın vitse-prezidenti sionistlərin irəli sürdükləri atom bombasının düzəldilməsi ittihamı barədə vurğulayıb ki, atom bombasının düzəldilməsi ittihamının irəli sürülməsi, tamamilə siyasi bir məsələ və bir bəhanədir.

Məhəmməd İslami vurğulayıb: İran ilk dəfə olaraq, öz nüvə proqramı üzrə külli sənədini tamamilə şəffaf tərzdə agentliyin ixtiyarına qoyub və onlar da hazırda İranın nüvə proqramının genişliyindən xəbərdardırlar.

İranın atom enerjisi təşkilatının sədri vurğulayıb: MAQATE-nin nəzarət kameraları artmamalıdır və bu beynəlxalq orqanın rəsmiləri də sionistlərin əsirliyindən çıxıb, bundan artıq agentliyin etibarsızlığına bais olmamalıdırlar.

İranın atom enerjisi təşkilatının sədri İranın direktorlar şurasının son qətnaməsi haqdakı reaksiyası barədə deyib ki, İran agentliyin nəzarət yolunu bağlamayıb və yalnız nüvə anlaşmasından kənar kameralar yığışdırılıbdır.

Teqlər