İyun 16, 2022 17:41 Asia/Baku
  • İran-Türkmənistan
    İran-Türkmənistan

İranın TeleRadio Təşkilatının sədri Türkmənistan Dövlət TeleRadio Təşkilatının sədrilə görüşdə iki tərəfin birgə serial, film və veriliş istehsalı sahəsindəki əməkdaşlıqlarının genişləndirilməsi vacibliyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən,Peyman Cebelli bu görüşdə vurğulayıb ki, Türkmənistan ailəlik və qohumluq münasibətləri, adət-ənənələr, mədəni-tarixi ortaqlıqlar sahəsində İrana ən yaxın qonşu ölkələrdəndir. O, əlavə edib: İranlılar böyük türkmən şairi Maxtumqulu Fəraği ilə tanışdırlar, xüsusən onun əziz İslam Peyğəmbəri(s.ə.s)-in vəsfindəki şerləri İran və Türkmənistanın şersevər və ədəbiyyatsevər xalqları üçün dəyərlidir.

İranın TeleRadio Təşkilatının sədri iki ölkənin birgə televiziya işi kimi Maxtumqulu serialının çəkilməsini təklif edib.

Türkmənistan Dövlət TeleRadio Təşkilatının sədri Arsalan Aşırov da vurğulayıbdır ki, yaxın gələcəkdə Türkmənistan televiziyasında İranın mədəniyyət və incəsənətinə məxsus proqramı açılacaq.

İran televiziyası Maxtumqulu serialını çəkəcək.

 

Teqlər