İran zorakı sözə təslim olmayacaq
https://azeri.sahartv.ir/news/İran-i390221-İran_zorakı_sözə_təslim_olmayacaq
Tehranın cümə namazı xitabətçisi deyib: İran İslam Respublikası sanksiyaların ləğvi üzrə müzakirələri başıuca mövqedən təqib edir və zorakı sözə təslim olmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2022 14:23 Asia/Baku
  •  Məhəmməd Cavad Hacı Əli Əkbəri
    Məhəmməd Cavad Hacı Əli Əkbəri

Tehranın cümə namazı xitabətçisi deyib: İran İslam Respublikası sanksiyaların ləğvi üzrə müzakirələri başıuca mövqedən təqib edir və zorakı sözə təslim olmayacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Tehranın cümə namazı xütbələrində dövlətin fəal regional diplomatiyasına görə təşəkkür edən höccətülislam vəlmüslimin Məhəmməd Cavad Hacı Əli Əkbəri deyib: Dövlət həm vəd etdiyinə, həm də İslam İnqilabının Böyük Rəhbərinin istədikləri məsələyə əməl etdi.

Tehranın cümə namazı xitabətçisi sanksiyaların ləğvi üzrə müzakirələr barədə isə belə deyib: Çox şey tələb edənlər qarşısında da elə bu izzətli və aqilanə mövqe təqib edilməldir. Biz həm ədalətli müzakirə aparacaq, həm də heç bir vəchlə zorakı sözə təslim olmayacağıq.

Koronaya yoluxmada və bu xəstəlikdən tələfatda Amerikanın dünyada birinci olduğunu qeyd edən Hacı Əli Əkbəri İranda pandemiyaya nəzarət sahəsindəki sağlamlıq müdafiəçilərinə təşəkkür edib və söyləyib: Bəzi böyük və güclü Avropa ölkələri də koronaya yoluxmada və bu xəstəlikdən tələfatda birincilərdəndirlər. Onlar ümumiyyətlə, İranın koronanın idarə edilməsindəki uğurundan söz getməsini istəmirlər.