İyun 18, 2022 20:52 Asia/Baku
  • Qazaxıstan-Türkmənistan-İran dəmir yolu regional əməkdaşlığın uğurlu nümunəsi

Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Avrasiyada uğurlu ticarət əməkdaşlığının nümunəsi kimi bu ölkənin Qazaxıstan və İranla dəmir yolunu göstərib.

SəhərAzəri-nin məlumatına əsasən, uzunluğu 926 kilometr olan Qazaxıstan-Türkmənistan-İran dəmir yolu 2014-cü ilin dekabrında istifadəyə verilib. Bu dəmir yolu istifadəyə verildikdən sonra Çində bu marşruta qoşulub və 2016-cı ildən konteyner qatarları bu dəhlizdən keçir.

Həmçinin 26 noyabr 2021-ci il tarixində Qazaxıstandan Türkmənistana və oradan İrana dəmir yolu daşımalarının artırılması üçün İran İslam Respublikası, Türkmənistan və Qazaxıstan arasında üçtərəfli dəmir yolu memorandumu imzalandı.

İran-Türkmənistan-Qazaxıstan beynəlxalq dəmir yolunun 80 km-i İran, 700 km-i Türkmənistan və 146 km-i Qazaxıstan ərazisindədir.

Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Muhammedgeldi Serdarov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib: "İnteqrasiya edilmiş, balanslaşdırılmış və yüksək texnologiyalı nəqliyyat infrastrukturunun yaradılması həqiqətən investisiya fəaliyyətini stimullaşdıracaq, qlobal, regional və milli miqyasda iqtisadi və sosial göstəricilərin artmasına töhfə verəcək".

O, belə layihələrin həyata keçirilməsinə misal olaraq, Avrasiya Birliyi ölkələri arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlər açan Qazaxıstan-Türkmənistan-İran dəmir yolunu göstərmişdir. 

Teqlər