İran Əfqanıstanda zəlzələdə yaralananlara yardıma hazırdır
İran İslam Respublikası prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi İranın Əfqanıstanda zəlzələdə bədən xəsarəti alanlara yardıma hazır olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Taliban hökuməti dünya ictimaiyyəti və xeyriyyə müəssisələrindən Əfqanıstanın cənub-şərqində zəlzələdən zərər çəkənlərə yardım üçün tədbir görmələrini istəyib.
Həsən Kazemi-Qomi deyib ki, İran həmişə olduğu kimi, Əfqanıstan xalqının yanındadır və zəlzələdə bədən xəsarəti alanlara yardım göstərməyə hazırdır.
Əfqanıstanın şərq vilayətlərində yeraltı təkanların baş verməsinə toxunan Kazemi-Qomi vurğulayıb: Əfqanıstanın şərq vilayətlərində zəlzələnin baş verməsinə və yüzlərlə nəfərin həyatını itirməsi və bədən xəsarəti almasına dair təəssüfləndirici xəbər hamını təsirləndirdi.