İyun 26, 2022 13:32 Asia/Baku
  • İranla ABŞ arasında birbaşa dialoq olmayacaq

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi deyib ki, İranla ABŞ arasında birbaşa dialoq olmayacaq.

SəhərAzəri-nin məlumatına əsasən, 2021-ci ilin 27 dekabrında Vyanada başlanan İrana qarşı sanksiyaların ləğvinə dair müzakirələrin səkkizinci turu 2022-ci ilin on bir martında Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin təklifi ilə bir tənəffüs dövrünə daxil oldu və müzakirə aparanlar siyasi məşvərətlər üçün öz paytaxtlarına geri döndülər.

İrana diplomatik yanaşdığını və nüvə anlaşmasına qayıtmağa çalışdığını iddia edən Amerika prezidenti Co Bayden hökuməti öz xoşməramlılığını nümayiş etdirmək üçün indiyədək heç bir addım atmayıbdır.

Danışıqlarda iştirak edən ölkələrin əksəriyyəti müzakirələrin dərhal yekunlaşdırılmasını istəyir, lakin yekun razılığın əldə olunması, Amerikanın yerdə qalan bir neçə mühüm və əsas məsələ ilə bağlı siyasi qərarlarını gözləyir.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell bir mətbuat konfransında deyib: İran və ABŞ birbaşa danışıqlar aparmayacaq və onun başçılıq etdiyi bir qrup koordinator kimi dialoqu asanlaşdıracaq.

Dayandırılmış danışıqların yenidən başlanması üçün heç bir perspektivin olmadığını deyən Borrell bildirib ki, aparılmış məsləhətləşmələr sayəsində qarşıdakı günlərdə müzakirələr bərpa ediləcək.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi çıxışının başqa bir hissəsində İran, Avropa Birliyi və Amerika arasındakı müzakirələrin keçiriləcəyi məkanın Vyana şəhəri olmayacağını bildirib.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi deyib ki; müzakirələr ehtimal üzrə, “Fars Körfəzinə yaxın yerdə” və daha dəqiq desək, "Fars Körfəzinin ətrafında yerləşən bir ölkədə" keçiriləcək.

Teqlər