İyun 26, 2022 13:35 Asia/Baku
  • İran müzakirə masasını tərk etməyəcək

İran İslam Respublikasının prezidenti deyib ki, İran sanksiyaların ləğvinə dair müzakirə masasını tərk etməyəcək.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi dünən gecə İranın icra hakimiyyətinə başçılıq edəndən sonra xalq ilə altıncı televiziya söhbətində Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin Tehrana səfərinə işarə edib. Bildirib ki, İranın müzakirəni tətil etmək niyyəti yoxdur, amma Tehran öz mövqelərindən geri çəkilməyəcək.

Bizim siyasətimiz, sanksiyaların götürülməsidir və bu sanksiyalar dərhal götürülməlidir, zira qəddarcasınadır- deyə Rəisi bildirib.

Qarşı tərəfin öz öhdəliklərinə geri dönməli olduğunu vurğulayan İran prezidenti söyləyib: Müzakirələr yolundan əlavə, sanksiyaların zərərsizləşdirilməsi yolunu da təqib edirik.

Rəisi sanksiyaların ləğvi üzrə müzakirələr gedişində və MAQATE-nin direktorlar şurasında İran əleyhinə qəbul olunan qətnaməni qeyri-düzgün hərəkət adlandırıb. Bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın nüvə fəaliyyətlərində yayınmanın mövcud olmadığını on beş dəfə təsdiq edibdir.

İran İslam Respublikasının prezidenti bu söhbətin davamında İranın qonşularla anlaşması haqda danışıb.

Qonşularla anlaşma siyasəti bizim prioritetimizdir. 2,5 milyard dollarlıq texniki-mühəndislik xidmətləri ixrac etmək üçün on səkkiz ölkə ilə müqavilə bağlamışıq- deyən Rəisi elan edib: Ölkədə investisiya qapısı açıqdır və beş milyard dollardan iyirmi milyard dollaradək sərmayə yatırımı üçün anlaşma əldə edilibdir.

Teqlər