Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçıları bir araya gəlir
Rəisi iyunun 29-da Türkmənistan sammitinə qatılacaq
Türkmənistanın paytaxtı Aşqabad sabah (iyunun 29-da) Xəzəryanı dövlətlərin altıncı sammitinə ev sahibliyi edəcək.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası Xəzərin ən mühüm sahil qütblərindən biri və sahil qonşularının azad dənizlərə çıxışını təmin edən ölkə olaraq sammitdə ən yüksək səviyyədə iştirak edəcəkdir.
İran İslam Respublikası, Rusiya, Qazaxıstan, Azərbaycan Respublikası və Türkmənistan da daxil olmaqla Xəzəryanı ölkələrin liderləri yenidən və bu dəfə Aşqabadda bir araya gəlirlər. İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi bu məqsədlə siyasi və iqtisadi heyətə başçılıq edərək görüşdə iştirak etmək üçün sabah Türkmənistana yollanacaq.
Cənab Rəisi sammitdə iştirak və çıxış etməklə yanaşı, həmkarları ilə də görüşəcək.
Bir gün əvvəl isə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Türkmənistana daxil olub.