İyun 28, 2022 19:08 Asia/Baku
  • Əmir-Abdullahiyan: Xəzər dənizi ilə bağlı açıq qalan məsələlər həll edilməlidir +FOTO

İran İslam Respublikasının xarici işlər naziri Xəzər dənizində milli sektorların, suyun dibinin və hüdudlarının dəqiq müəyyən edilməsinə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Xəzər dənizi xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabadda səfərdə olan Hüseyn Əmir-Abdullahiyan bu gün keçirilən iclasda çıxış edərək deyib ki, bu iclas Xəzər dənizində beştərəfli əməkdaşlığın genişləndirilməsini gücləndirə bilər.

İranın XİN rəhbəri əlavə edib: "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından dörd il keçir. Bununla bağlı mühüm addım atılsa da, "su ərazilərinin müəyyən edilməsi" və delimitasiyası, Xəzər dənizinin dibi və yatağı kimi çox vacib məsələlər açıq qalır. Konvensiyanın imzalanmasından sonra Xəzər dənizində əməkdaşlığın müxtəlif boyutlarını araşdırmaq üçün “Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli rəsmilərdən ibarət İşçi Qrupu” yaradılmışdır.

O qeyd edib ki, Konvensiyanın üstünlüklərindən istifadə etmək üçün mənşə xətləri üzrə sazişin sürətləndirilməsi vacibdir. Zira mənşə xətlərinin müəyyən edilməsi Konvensiyanın həyata keçirilməsinə gətirib çıxaracaq.

İranlı nazir həmçinin sabitlik və təhlükəsizliyin qorunması və Xəzər dənizində beştərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi sahələrində kollektiv əməkdaşlıq mexanizminin yaradılmasını təklif edib və bildirib ki, bu məsələ bütün Xəzəryanı dövlətlərin təhlükəsizliyi və milli maraqları baxımından çox vacibdir və Xəzər dənizində əməkdaşlığı gücləndirəcəkdir.

İran İslam Respublikasının diplomatiya rəhbəri sonda bəyan edib ki, Xəzər dənizinin ətraf mühitinin və canlı ehtiyatlarının mühafizəsi məsələsi prioritet məsələlərdən biri kimi Xəzəryanı dövlətlərin gündəliyinə daxil edilməlidir.

Teqlər