İran prezidenti Türkmənstanın sabiq prezidenti ilə görüşdü
Rəisi: Qonşuluq münasibətlərini inkişaf etdirmək üçün xüsusi proqramımız var
13-cü hökumətin xarici siyasət sahəsində qonşuluq əlaqələrini inkişaf etdirmək üçün xüsusi proqramı var və bu istiqamətdə Türkmənistanla qarşılıqlı etimad əsasında əlaqələrini genişləndirir.
SəhərAzəri-nin məlumatına əsasən, bunu Xəzəryanı ölkələrin altıncı sammitində iştirak etmək üçün Türkmənistana səfər edən prezident Seyid İbrahim Rəisi bu gün Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşdə söyləyib.
Prezident bu görüşdə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə toxunaraq deyib: “İki ölkənin bir-biri ilə əməkdaşlıq səviyyəsini yüksəltmək üçün yaxşı imkanlar mövcuddur. Xüsusilə də İranın 13-cü hökuməti qonşuluq əlaqələrini inkişaf etdirmək üçün xarici siyasət sahəsində xüsusi proqrama malikdir.
Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədov da İran hökumətinin son bir neçə ayda bu ölkə ilə əlaqələri genişləndirmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirərək deyib: “Türkmənistan İran İslam Respublikası ilə münasibətlərdə yeni səhifə açmağa çalışır.”