«Ərdəbil-2023» beynəlxalq tədbirinin vilayət üzrə icra qərargahı işə başlayıb
İyul 01, 2022 20:50 Asia/Baku
Ərdəbil valisi EKO-ya üzv ölkələrin turizm paytaxtında «Ərdəbil-2023» beynəlxalq tədbirinin vilayət üzrə icra qərargahının işə başlamasından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, son dərəcə mühüm bir hadisə olan «Ərdəbil-2023», Ərdəbil vilayətinin EKO-ya üzv ölkələrə təqdim edilməsi və vilayət turizminin beynəlxalq səviyyədə rövnəq tapmasında təsirli ola bilər.
Seyid Hamid Amili «Ərdəbil-2023» beynəlxalq tədbirinin vilayət üzrə icra qərargahının ilk iclasında deyib: «Ərdəbil-2023»in tədbirinin təşkilat komitələrinin fəaliyyətlərinin əsas istiqamətləri icra qərargahının ilk iclasında müəyyən edildi və komitələrin ixtisas formasında təşkil edilməsilə onların vəzifələri izləniləcək.