İyul 01, 2022 20:51 Asia/Baku
  • Yaxın Şərq ABŞ-ın iradəsi orbitindən çıxıb

Tehranın cümə namazı xitabətçisi deyib: Yaxın Şərq bölgəsi Amerikanın iradəsi orbitindən çıxıb və müsəlman, Quranı sevən və güclü xalqların iradəsinin orbitində qərarlaşıb.

SəhərAzəri-nin məlumatına əsasən, Höccətülislam Seyid Məhəmməd Həsən Əbu-Turabifərd Tehranın buhəftəki cümə namazı xütbələrində əlavə edib: Bəzilərinin Cənub-Qərbi Asiya bölgəsi üçün NATO-nun təşkilinə işarə etmələri ona görədir ki, İslam Ümmətinin günbəgün artan qüdrətinin şahididirlər.

Höccətülislam Əbu-Turabifərd vurğulayıb: Amerikanın muzdlularının NATO-ları region xalqlarının qüdərt yaradan hərəkəti qarşısında minimum təsirdən bəhrəsizdir.

Tehranın cümə namazı xitabətçisi həmçinin ədalətli olmağı qəti ilahi borc adlandırıb və deyib: Hamı özünü qaydaya salmaq üçün ədalətə doğru addım atmağa və ədalətin cəmiyyətdə yayılması üçün əlindən gələni etməyə borcludur.

Teqlər