İyul 03, 2022 12:03 Asia/Baku
  • İran parlamentinin üzvü aydınlıq gətirdi

İran Parlamentin İnşaat Komissiyasının sözçüsü Əliyev-Rəisi görüşünün detallarını açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Əbdülcəlal İri Xaneye-Mellət portal ilə müsahibədə deyib ki, Aşqabadda İran və Azərbaycan prezidentləri arasında keçirilən görüşdə Qarabağda infrastrukturun yenidən qurulması və İrandan Azərbaycana texniki-mühəndislik xidmətlərinin ixracı ilə yanaşı Şimal-Cənub Dəhlizinin inkişafı üçün əməkdaşlıqla bağlı məsləhətləşmə olub.

Əbdülcəlal İri İslam Şurasının üzvü kimi Aşqabad səfərində prezident Seyid İbrahim Rəisini müşayiət edən heyətin tərkibində olub.

İri qeyd edib ki, Azərbaycanın dövlət başçısı Rusiyanın üzləşdiyi şəraiti nəzərə alaraq, ölkəsinin Şimal-Cənub Dəhlizinin təkmilləşdirilməsi üçün zəruri infrastrukturun qurulmasına hazır olduğunu bildirib.

İran İslam Şurası Məclisinin İnşaat Komissiyasının sözçüsü həmçinin deyib ki, müştərək Əlborz neft yatağının işlənilməsi üzrə əməkdaşlıqla bağlı da müzakirələr aparılıb və tərəflər bu yatağın işlənilməsinə müsbət yanaşıblar.

Teqlər