İyul 04, 2022 19:06 Asia/Baku
  • Rəisi: Danışıqlarla birlikdə İrana qarşı qətnamənin çıxarılması məsuliyyətsiz addımdır

İran İslam Respublikası prezidenti ABŞ və Avropa üçlüyünün danışıqlarla eyni zamanda AEBA-nın Direktorlar Şurasında İrana qarşı qətnamə layihəsi irəli sürməsini məsuliyyətsiz hərəkət və danışıqların və razılaşmanın ruhuna zidd davranış adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi İsveçrənin Tehrandakı yeni səfiri Nadin Oliviyer Rey Lozanonun etimadnaməsini qəbul etmə mərasimində ABŞ-ın danışıqların və razılaşmaların tələblərinə əməl etməyə qərar verməli olduğunu bildirib və deyib: "ABŞ və Avropa dövlətlərinin danışıqların ortasında MAQATE-nin Direktorlar Şurasında İrana qarşı qətnamə təklif etmək cəhdləri məsuliyyətsizlikdir və danışıqların və razılaşmaların ruhunu pozur və onların paradoksal davranışını göstərir". 

Rəisi, həmçinin İsveçrənin Tehrandakı səfirliyinin diplomatik roluna işarə edərək, ABŞ və Avropa dövlətlərinin İranla bağlı yanlış hesablama apardığını qeyd edib və əlavə edib: "Ümid edirəm ki, İranın düşmənlərinin düşmənçiliklərinə baxmayaraq, irəliləyişini davam etdirdiyini və onun düşmənlərinin hegemon siyasətlərinin iflasa uğradığını bilmək üçün İran həqiqətlərini hökumətinizə və digər ölkələrə çatdıracaqsınız".  

Nadin Olivyer Rey Lozano öz növbəsində deyib ki, İran və İsveçrə diplomatik əlaqələrin qurulduğu 100 ildən artıqdır ki, həmişə müsbət və konstruktiv qarşılıqlı əlaqələr və əməkdaşlıq ediblər.

Tehran-Bern əlaqələrinin yol xəritəsinə toxunan İsveçrə səfiri qeyd edib ki, İsveçrənin səfiri kimi onun əsas planı İran İslam Respublikası ilə əlaqələri genişləndirməyə çalışmaqdır.

Teqlər