Zalım Qərb bütün dünyada günü-gündən zəifləyibdir
İslam İnqilabının Böyük Rəhbəri Beytüllahilhəram hacılarına müraciətdə deyiblər ki, zalım Qərb bizim həssas regionumuzda və son zamanlar bütün dünyada günü-gündən zəifləyibdir.
SəhərAzəri-İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu müraciətdə əlavə ediblər: Bu gün Qərb sivilizasiyasının ən mühüm töhfəsi kimi, liberalizm və kommunizm daha yüz və əlli il bundan öncəki təzahürə malik deyillər. Qərbin pulmehvərli demokratiyasının abrı ciddi sual işarələrilə üzləşir və qərbli mütəfəkkirlər etiraf edirlər ki, mərifət və fəaliyyət çaş-başlığıına düçar olublar.
Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Amerikanın və onun cinayətkar əlbiri, yəni qəsbkar sionist rejimin regiondakı narahatlığı və uğursuzluğuna Fələstin, Livan, Suriya, İraq, Yəmən və Əfqanıstandakı hadisələr səhnəsində aydın şəkildə tamaşa etmək olar.
Möhtəşəm müqavimət fenomeninin meydana gəlməsi, həmçinin islami agahlıq və oyanışın inkişafının parlaq nəticələrinə təkid edən İslam İnqilabının Böyük Rəhbəri qeyd ediblər: Fələstin səhnəsi bu heyranedici fenomenin təzahür məkanlarından biri kimi, üsyankar sionist rejimi hücum və nərəçəkmə vəziyyətindən müdafiə və zəif mövqe vəziyyətinə çəkə və hazırkı aşkar siyasi, təhlükəsizlik və iqtisadi problemləri ona qəbul etdirə bilibdir. Müqavimətin digər parlaq nümunələrini Livan, İraq və Yəməndə və bəzi digər nöqtələrdə aydın surətdə müşahidə etmək olar.
Həzrət Ayətullahuluzma Xamenei bildiriblər ki, bu gün dünya, İslami İranda, İslamın siyasi hakimiyyəti və qüdrətindən ləyaqətli bir nümunənin və uğurlu bir meyarın şahididir.
O həzrət əlavə ediblər: Bu siyasi prinsiplərin siyahısının başında, zalım güclərə təmayül etməmək, tam siyasi müstəqillik, ölkənin ən mühüm idarəçilik məsələlərində xalqın səsinə söykənmə və icra, qanunvericilikdə İslamın hakimiyyəti qərar tapıb. Məhz bu prinsiplər müsəlman xalqlar və hökumətlərin toplanış məkanı ola və İslam Ümmətini həmkarlıqlar və istiqamətlənmələrdə vahid və müttəfiq edə bilər.
İslam İnqilabının Böyük Rəhbəri vəhdət və mənəviyyatı həccin iki əsas sütunu və İslam Ümmətinin izzəti və səadətinin iki amili adlandırıb və belə vurğulayıblar: İslam Dünyası yüksək əvhal-ruhiyyəli və stimullarla aşıb-daşan gənclərlə doludur və gələcəyi qurmaq üçün ən böyük sərmayə, özünəinam və özünəümiddir ki, bu gün İslam Dünyasında, xüsusən bu regionun ölkələrində dalğa vurmaqdadır. Bu sərmayəni qorumaq və artırmaq, hamımızın borcudur.