İyul 09, 2022 20:23 Asia/Baku
  • Bütün İranda Ərəfə duası mərasimi keçirilib

Bu gün İranın hər bir yerində vətəndaşların coşqulu iştirakı ilə İmam Hüseynin (ə) feyzlə dolu Ərəfə duası mərasimi keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, İslami İran xalqı bu gün zil-həccə ayının 9-u müqəddəs məkanlar, imamzadələr, məscidlər, hüseyniyyələr, müsəllalarda Ərəfə duası mərasimini təşkil edərək şiələrin üçüncü imamı Həzrət İmam Hüseynin (ə) Ərəfat səhrasındakı duasını yad edib və Allahın dərgahından bağışlanmağı zümzümə edib. 

Həmçinin minlərlə zəvvar Ərəfə duasını Məşhəd şəhərində şiələrin 8-ci imamı Həzrət İmam Rzanın (ə) pak ziyarətgahında qiraət ediblər. 

Zilhəccənin 9-da günorta və əsr namazından günbatanadək İmam Hüseynin (ə) Ərəfə duası İranın müsəlman xalqının iştirakı ilə oxunur.

Ərəfə duası İmam Hüseynə (ə) mənsubdur. Rəvayətlərə əsasən o bu duanı Ərəfə günündə Məkkədə Ərəfat səhrasında ətrafındakılarla birlikdə oxuyub.

Bu gün 1443-cü hicri qəməri ili, 2022-ci milad ili iyul ayının 9-u Ərəfə günüdür. 

Teqlər