Əmir Abdullahian İtaliyaya gedib
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İtaliya və Vatikan rəsmiləri ilə görüşmək üçün bir nümayəndə heyətinin başında bazar ertəsi səhər Tehrandan İtaliyanın paytaxtı Romaya yola düşüb.
SəhərAzəri-nin məlumatına əsasən, "İRNA"nın məlumatına görə, Əmir Abdullahianın İtaliya və Vatikan rəsmiləri ilə beynəlxalq, regional və ikitərəfli məsələlərlə bağlı fikir mübadiləsi aparması planlaşdırılır.
O, yola düşməzdən əvvəl jurnalistlərə bildirib ki, onun Romaya səfəri İtaliyanın xarici işlər naziri Luici Di Maionun dəvəti ilə baş tutur.
Əmir Abdullahian əlavə edib ki, ikitərəfli münasibətləri, xüsusilə siyasi, iqtisadi və ticari əməkdaşlıq sahələrində davam etdirmək onun səfərinin əsas məqsədlərindən biridir.
İran xarici işlər nazirinin sözlərinə görə, onun İtaliyanın baş naziri və Vatikanın xarici işlər naziri ilə də görüşü nəzərdə tutulub.
Bu, Əmir Abdullahianın xarici işlər naziri təyin edildikdən sonra İtaliyaya ilk səfəridir.