Qazaxıstan İran vətəndaşları üçün viza rejimini ləğv edib
Qazaxıstan İran vətəndaşları üçün viza rejimini ləğv edib. Bu barədə İranın Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
SəhərAzəri-nin məlumatına əsasən,qeyd olunur ki, 19 iyun Qazaxıstan prezidentinin Tehran səfərində iki ölkə arasında viza rejiminin ləğvi haqqında əldə olunmuş razılığa əsasən Qazaxıstan hökuməti 8 iyuldan etibarən iranlıların bu ölkəyə səfəri üçün viza rejiminin ləğv edildiyini bildirib.
Məlumatda qeyd olunur ki, iranlılar Qazaxıstanda vizasız 14 gün qala bilər. Həmçinin qeyd olunub ki, 180 gün ərzində iranlılar ümumilikdə 42 gün (hər səfər 14 gün olmaqla) Qazaxıstanda qala bilər.
İran İslam Respublikası bütün qonşu və müsəlman ölkələrlə viza rejiminin ləğv edilməsini istəyir və bunu bəzən birtərəfli qaydada həyata keçirmişdir.
İran Azərbaycan Respublikası ilə də viza rejimini birtərəfli qaydada ləğv edib.
Ancaq rəsmi Bakı hələ qarşılıqlı addım atmayıb.