İyul 13, 2022 22:06 Asia/Baku
  • İran Özbəkistan
    İran Özbəkistan

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşüb. Onlar Tehran-Daşkənd əlaqələrinin bütün sahələrdə genişləndirilməsini vurğulayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Qalibaf hərtərəfli əlaqələrin genişləndirilməsində iki ölkənin böyük imkanlarına toxunaraq, İran və Özbəkistan arasında güzəştli ticarət sazişinin imzalanmasını və viza rejiminin ləğvini iki ölkənin iqtisadi əlaqələrinin inkişafına təkan verəcəyini bildirib.

Özbəkistan prezidenti də öz növbəsində Qalibafın təkliflərini alqışlayıb və biliyə əsaslanan sahələrdə əməkdaşlığı gücləndirməyə və İran şirkətlərinin texnoloji imkanlarından istifadə etməyə çağırıb.

Mirziyoyev, həmçinin parlament diplomatiyasının İran və Özbəkistan arasında münasibətlərə yardımçı rolunu vurğulayıb.

Teqlər