İyul 15, 2022 11:54 Asia/Baku
  • İran Stokholmdakı səfirliyi
    İran Stokholmdakı səfirliyi

İran İslam Respublikasının Stokholmdakı səfirliyi bir bəyanatda İsveç məhkəməsi tərəfindən Həmid Nurinin işi barədə verilmiş hökmü siyasi və məhkəmə səlahiyyətinə malik olmayan bir hökm adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Səfirliyin bəyanatında deyilir: İran İslam Respublikasının Stokholmdakı səfirliyi BMT nizamnaməsində qeyd olunan prinsip və məqsədlərə, xüsusilə də beynəlxalq məhkəmə ədalətinin icra edilməsinə dair əzmkar inamını vurğulayır və elan edir ki, Stokholm məhkəməsi tərəfindən Həmid Nuriyə qarşı puç və iddia olunan ittihamlar haqda çıxarılmış hökm, qeyd olunan prinsip və məqsədlərlə təzad təşkil edir, siyasi mahiyyət və yanaşmaya malik olub, məhkəmə səlahiyyətinə malik olmayan bir hökmdür.

Bəynatda əlavə olunur: Beynəlxalq səlahiyyətin tətbiq olunmasının beynəlxalq cinayətin törədilməsindən asılı olmasına və hazırkı iddia olunan məhkəmə işində heç bir beynəlxalq cinayətin baş vermədiyinə görə, İsveçin məhkəmə orqanının bu məsələyə girişi, beynəlxalq münasibətlərdə dinc yanaşı yaşama, ölkələrin daxili işlərinə qarışmama, dövlətlərin hakimiyyətlərinin bərabərliyi prinsiplərini pozur.

Bəyanatda daha sonra deyilir: Cənab Həmid Nuriyə qarşı tələqurma, həbsetmə və məhkəmə işi düzəltməyə gətirib çıxaran təqib və plancızmalar, adı illər boyu bəzi ölkələrin və Avropa Birliyinin terror təşkilatları siyahısında dərc olunmuş tanınmış bir terror qrupu tərəfindən həyata keçirilib. Buna görə, işin bütün şikayətçiləri və şahidlərinin əksər hissəsini, özləri dəhşətli terror cinayətləri törətmiş bu tanınmış terror qrupunun üzvləri təşkil edirlər.

İttiham aktının əsasları da sırf olaraq, bu terror qrupunun üzvləri tərəfindən yazılmış romanlar və xatirə dəftərlərinə əsasən formalaşıb və məhkəmənin siyasi olduğunu sübut edir.

İran İslam Respublikasının Stokholmdakı səfirliyi sonra bildirib: Yuxarıda qeyd edilən məhkəmə işinin araşdırılması prosesində müxtəlif dəlillərə, xüsusən cinayətin törədilməsi barədə iddia olunan məkanda təhqiqatların aparılmamasına görə, ədalətli məhkəmə yanaşması, bəraət və məhkəmə işi tərəflərinin bərabərliyi və sairə kimi əsas beynəlxalq prinsiplər pozulubdur.

Bəyanatda əlavə edilir: Məhkəmə işinin araşdırılması gedişində aparılmış təhqiqatlar tamamilə birtərəfli olub.

Məhkəmə prosesi zamanı cənab Həmid Nurinin təqdim etdiyi heç bir sənəd və dəlil məhkəmə tərəfindən qəbul edilməyib və onun tərəfindən təqdim olunan şahidlərin və ixtisaslaşmış ekspertlərin iştirakına da icazə verilməyibdir.

Həmçinin möhtərəm prokurorun iddiasının əksinə olaraq, İranda təhqiqatın aparılması üçün bu səfirliyə heç bir rəsmi müraciət edilməyibdir.

Bəyanatda vurğulanır: İran İslam Respublikasının səfirliyi İran vətəndaşlarının hüquqlarını himayə istiqamətindəki qanuni fəaliyyətlərini davam etdirəcək.

İsveçin məhkəmə aparatının bu işdə iştirak edən terror qrupunun İran xalqına qarşı məqsədləri və düşmənçiliklərinə dəqiq surətdə diqqət yetirib, öz etibarının bu qrupun xeyrinə xərclənməsindən yayınacağı və tanınmış beynəlxalq məhkəmə prinsiplərinin tam şəkildə icra edilməsi məqsədi ilə ədalətin tam şəkildə reallaşması və həyata keçirilməsi istiqamətində addım atacağı gözlənilir.

 

Teqlər