İyul 15, 2022 13:02 Asia/Baku
  • Baydenin İrana qarşı “güc tətbiq etmək” ifadəsinə reaksiya

İran İslam Respublikası silahlı qüvvələrinin yüksək rütbəli sözçüsü Amerika prezidentinin İrana qarşı “güc tətbiq etmək” ifadəsindən istifadə etməsinə reaksiyada deyib: Onlar yaxşı bilirlər ki, İslami İrana qarşı güc tətbiqi sözündən istifadənin əvəzini ödəyəcəklər.

SəhərAzəri-nin məlumatına əsasən, Briqada generalı pasdar Əbülfəz Şikarçi Amerika prezidenti Co Baydenin İrana qarşı “güc tətbiq etmək” ifadəsini işlətməsinə reaksiyada vurğulayıb: Amerika prezidentinin və saxta sionist rejimin əlacsız qalmış baş nazirinin “güc tətbiq etmək” ifadəsindən istifadə etmələrini onların psixoloji müharibələri, illüziyaları və keçmiş yuxuya dalmalarının hesabına qoymaq lazımdır.

Briqada generalı pasdar Şikarçi əlavə edib: İran İslam Respublikası Amerika prezidentinə və sionist rejimin baş nazirinə xəbərdarlıq edir ki, keçmiş hadisələri, o sıradan ABŞ-ın Tehrandakı casusluq yuvasının ələ keçirilməsi, Amerika hərbçilərinin Təbəs çölündə dəfn olunmaları, ABŞ-ın İrana qarşı səkkiz illik müharibənin tətbiq edilməsindəki qəti məğlubiyyəti, amerikalı qəsbkarların Əfqanıstandan biabırçı şəkildə qaçmaları, “Əynüləsəd” amerikan bazasının dağıdılması, Fars Körfəzində Amerikanın modern casusluq təyyarəsinin ovlanması və İŞİD-in İraqa və Suriyaya qarşı qoşun yeritməsi kimi amerikan planın biabırçı surətdə iflasa uğramasını bir dəfə nəzərdən keçirsinlər.

 

Teqlər