İran BMT məruzəçisini Həmid Nuriyə qarşı hökmü dəstəklədiyinə görə qınayıb
İranın Məhkəmə Hakimiyyətinin İnsan Hüquqları üzrə Ali Şuranın katibi cümə günü bir tvitdə BMT-nin İranda insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Cavid Rəhmanı İsveç məhkəməsinin İran vətəndaşına qarşı çıxardığı qanunsuz hökmü dəstəklədiyinə görə kəskin qınayıb.
SəhərAzəri-nin məlumatına əsasən, İranın Məhkəmə Hakimiyyətinin sədr müavini və Ali İnsan Haqları Şurasının katibi Kazim Qəribabadi Tvitter hesabında yazıb: "Cavid Rəhmanın İsveç hakimiyyətini çağırmaq və onları qurbanın fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına görə məsuliyyətə cəlb etmək əvəzinə, İran vətəndaşının özbaşına həbsini və saxta mühakimə olunmasını açıq şəkildə dəstəkləməyi seçməsi son dərəcə məyusedicidir".
Qəribabadi, həmçinin yazıb ki, Cavid Rəhmanın açıq-aşkar ədalətsizliyi dəstəkləyən mətbuat bəyanatı onun insan hüquqlarının əsas prinsiplərini qurban vermək bahasına İranın düşmənlərini razı salmaq üçün İngiltərənin dəstəyi ilə formalaşan mandatdan şişirtmə kampaniyası istiqamətində sui-istifadə etmək istəyinin daha bir göstəricisidir".
Terrorçu münafiqlər qruplaşması İslam İnqilabının əvvəlindən müxtəlif terror əməliyyatlarında 17 mindən çox İran vətəndaşını qətlə yetirib.
Bu terror qruplaşmasının ABŞ və onun müttəfiqləri, o cümlədən İngiltərə ilə sıx əlaqələri var.