İranın dəniz qüdrəti PUA daşıyan gəmi diviziyası ilə artıb
İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı deyib: Döyüş himayə gəmilərinin modernləşdirilməsi və PUA daşıyan gəmi diviziyalarının dəstəyi, dəniz bölmələrinə çox diqqətəlayiq imkan əlavə edir.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani bu gün İranın xəbər kanalı ilə müsahibədə əlavə edib: Müxtəlif tipli pilotsuz təyyarələrlə İran İslam Respublikasının silahlı qüvvələri üçün yaranmış imkanlara əsasən, dənizdə hətta kombinə edilmiş əməliyyatlar belə, həyata keçirmək olar.
Kontr-admiral İrani deyib: İranlı mütəxəssislər tərəfindən düzəldilmiş pilotsuz təyyarələr uçuş bölmələrilə bir neçə göyərtədən havaya qalxa və konkret bir hüdudda əməliyyat həyata keçirə bilərlər.
İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı bildirib ki, pilotsuzların kəşfiyyat və informasiya imkanları ilə yüzlərlə, hətta minlərlə kilometr yuxarıda da düşmənin hədəf və mövqeləri əlçatandır.
O, deyib: Bu, İran İslam Respublikasının Silahlı Qüvvələrinin ixtiyarına qoyulan son dərəcə misilsiz bir imkandır.
Kontr-admiral İrani əlavə edib: İran İslam Respublikası Ordusunun eskadraları iki min kilometrdən çox bir məsafədə yerləşir və İranın iqtisadi arteriyası və gəmiçilik xətlərinin təhlükəsizliyini təmin edirlər. PUA uçuş bölmələrilə dəniz qüvvələrinin əməliyyat əhatəliliyi iki min kilometdən üç min kilometrə və ondan da yuxarıya yüksəlir.
İran İslam Respublikası Ordusunun Strateji Dəniz Qüvvələrinin ilk PUA daşıyan gəmi diviziyasının təqdimatı cümə günü ordunun baş komandanı general-mayor Seyid Əbdürrəhim Musəvi və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İraninin iştirakı ilə bu qüvvələrin cənub donanmasında keçirildi.
İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələrinin PUA daşıyan gəmi diviziyası döyüş, kəşfiyyat və qırıcı tipli pilotsuzlar daşıyan suüstü və sualtı dəniz bölmələrindən ibarətdir.