Asiya Basketbol Kuboku yarışlarında İran millisi növbəti etapa yüksəlib
https://azeri.sahartv.ir/news/İran-i391253-asiya_basketbol_kuboku_yarışlarında_İran_millisi_növbəti_etapa_yüksəlib
İranın milli basketbol komandası Yaponiya üzərində qətiyyətli qələbə ilə birinci komanda kimi Asiya Basketbol Kuboku yarışlarının növbəti mərhələsinə vəsiqə qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2022 15:36 Asia/Baku
  • Asiya Basketbol
    Asiya Basketbol

İranın milli basketbol komandası Yaponiya üzərində qətiyyətli qələbə ilə birinci komanda kimi Asiya Basketbol Kuboku yarışlarının növbəti mərhələsinə vəsiqə qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İndoneziyanın Cakarta şəhərində keçirilən bu yarışlarda İran komandası yaponları 88-76 hesabı ilə məğlub edibdir.

Növbəti mərhələyə birinci komanda kimi yüksələn İran millisi həmin etapda İordaniya-Çin Taybeyi görüşünün qalibi ilə qarşılaşacaq.

Hamid Həddadi 21 xalla ən çox xal qazandıran və 31 təsirediciliklə ən təsiredici oyunçu olub.

2022-ci il Asiya Basketbol Kuboku yarışlarında Avstraliya, Bəhreyn, Çin, Çin Taybeyi, Hindistan, İran, Yaponiya, İordaniya, Qazaxıstan, Koreya, Livan, Yeni Zelandiya, Filippin, Ərəbistan, Suriya və İndoneziya kimi on altı komanda iştirak edir.