Bu gün Tehranda üçtərəfli Astana sammiti keçiriləcək
Bu gün Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin iştirakı ilə Astana Sülh Prosesi kimi tanınan Suriyada sülhün təminatçısı ölkələrin liderlərinin zirvə toplantısı keçiriləcək.
SəhərAzəri-nin məlumatına əsasən, İran, Türkiyə və Rusiya prezidentləri arasında bu gün Tehranda keçiriləcək Astana danışıqlarının əsas mövzusu Suriyada münaqişə zonalarında gərginliyin azaldılması və bu ölkədə sabitliyin qorunmasından ibarətdir.
Münaqişə bölgələrində gərginliyin azaldılması, suriyalı qaçqınların geri qayıtması, Suriyanın sabitlik və təhlükəsizliyinə kömək məsələsi bu üçtərəfli görüşün gündəmindədir.
Astana müzakirələri 2017-ci ilin yanvar ayından Suriyada sülhün bərqərar olması məqsədi ilə İran İslam Respublikasının təşəbbüsü və Rusiya və Türkiyənin əməkdaşlığı ilə başlayıb.
İran, Türkiyə və Rusiya Astana prosesinin qarantı kimi Suriya böhranını həll etməyə çalışırlar.
Suriya böhranı 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və onların müttəfiqləri tərəfindən dəstəklənən terrorçu qrupların region parametrlərini sionist rejimin xeyrinə dəyişmək üçün bu ölkəyə geniş hücumu ilə başlayıb.