İyul 19, 2022 15:51 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri
    İslam İnqilabının Böyük Rəhbəri

İslam İnqilabının Böyük Rəhbəri Suriyanın ərazi bütövlüyünün qorunmasına təkidlə bildiriblər ki, Suriyanın şimalına qarşı hər hansı hərbi hücum mütləq şəkildə Türkiyə, Suriya və bütün regionun zərərinə, terrorçuların isə xeyrinə olacaq.

SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə iki ölkə həmkarlıqları, xüsusilə ticarət əməkdaşlıqlarının genişləndirilməsinə təkidlə sionist rejimi islami ölkələr arasında ixtilafın yaranmasının əsas amillərindən adlandırıblar. Qeyd ediblər ki, Amerika və qəsbkar rejim fələstinlilərin dərin hərəkətinin qarşısını ala bilməzlər.

O həzrət İslam Ümmətinin izzəti və əzəmətinin özünəməxsus ixtilaflardan keçməkdən/ və təfriqəsalma siyasətlərinin qarşısında sayıqlıqdan asılı olduğunu bildirib və deyiblər ki, regionda ixtilaf və düşmənçiliyin yaradılmasının amillərindən biri, Amerikanın da himayə etdiyi qəsbkar sionist rejimdir.

Fələstin məsələsini İslam Dünyasının birinci məsələsi adlandıran İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Bəzi hökumətlərin sionist rejimi rəğbətlə qarşılamalarına rəğmən, xalqlar dərin şəkildə bu qəsbkar rejimə qarşıdırlar.

“Amerikaya və sionist rejimə söykənmək olmaz”- deyə, vurğulayan İnqilab Rəhbəri söyləyiblər: Bu gün nə sionist rejim, nə Amerika, nə də ki, başqaları fələstinlilərin dərin hərəkətinin qarşısını ala bilməyəcəklər və işin aqibəti Fələstin xalqının xeyrinə olacaq.

İslam İnqilabının Böyük Rəhbəri Türkiyə prezidentinin İranın terror qrupları ilə mübarizədə əməkdaşlıq etməsinə dair xahişinə cavabda deyiblər: İran İslam Respublikası terrorizmlə mübarizədə qəti şəkildə Türkiyə ilə həmkarlıq edəcək.

Qarabağın Azərbaycan Respublikasına qayıdışını sevinclə qarşılayan İnqilab Rəhbəri bildiriblər: Əlbəttə, əgər İran-Ermənistan sərhədini bağlamağa dair siyasət yeridilərsə, İran İslam Respublikası ona qarşı çıxacaq, zira bu sərhəd bir neçə minillik bir əlaqə yoludur.

“Türkiyənin və onun sərhədlərinin təhlükəsizliyi, İranın təhlükəsizliyidir”- deyə, vurğulayan Həzrət Ayətullahuluzma Xamenei qeyd ediblər ki, Türkiyə də Suriyanın təhlükəsizliyini öz təhlükəsizliyi bilməlidir.

O həzrət həmçinin İran və Türkiyə arasındakı iqtisadi əməkdaşlıqların və ticarət mübadilələrinin həcmi və keyfiyyətini mövcud imkanlardan çox aşağı adlandırıb və vurğulayıblar kİ, bu məsələ iki ölkə prezidentlərinin müzakirələrində həll edilməlidir.

İslam İnqilabının Böyük Rəhbəri bütün region məsələlərində İran-Türkiyə həmkarlıqlarının genişləndirilməsini faydalı və zəruri adlandırıblar. Qeyd ediblər ki, İran İslam Respublikası xarici müdaxilələr qarşısında və daxili məsələlərdə daima Türkiyəni müdafiə edibdir.

 

Teqlər