İyul 20, 2022 13:24 Asia/Baku
  • Rəisi: İran Suriyanı daha güclü dəstəkləməyə davam edəcək

Prezident Rəisi sanksiyaları beynəlxalq hüququn pozulması kimi dəyərləndirib və deyib: "İran Suriyaya daha güclü dəstək verməyə davam edəcək, çünki Suriyanın müstəqilliyi vazkeçilməz bir prinsipdir".

SəhərAzəri- "İRNA"xəbər agentliyinin məlumatına görə, "Astana Sülh Prosesi" təminatçısı dövlət başçılarının 7-ci sammitində çıxış edən Seyid İbrahim Rəisi Rusiya və Türkiyə prezidentlərinin iştirakını yüksək qiymətləndirib və əlavə edib: "Məncə, Astana prosesi Suriya böhranının sülh yolu ilə həlli üçün uğurlu format olaraq, yaxşı nəticələr əldə edib və ona görə də həmin nailiyyətlərin qorunub saxlanılması və daha da genişləndirilməsi onun təminatçısı olan bu üç dost ölkənin üzərinə düşür.

İran prezidenti Suriya Respublikasının ərazi bütövlüyü və müstəqilliyinin qorunub saxlanmasının vacibliyini vurğulayaraq, qeyd edib ki, bu ölkənin taleyinin həlli Suriya-Suriya dialoqları yolu ilə xarici müdaxilə olmadan, yalnız Suriya xalqının ixtiyarında olmalıdır.

O, sözlərinin davamında əlavə edib ki, sionist rejimin təcavüzü böyük təhlükəsizlik probleminə çevrilməzdən əvvəl BMT Təhlükəsizlik Şurası və hörmətli baş katib bu sahədə öz vəzifələrini yerinə yetirməlidirlər.

Teqlər