İyul 21, 2022 12:40 Asia/Baku
  •  kimya olimpiad
    kimya olimpiad

İran İslam Respublikasının kimya olimpiada komandası səksən dörd ölkə arasında dünya üzrə beşinci olmağa müvəffəq olub.

SəhərAzəri-nin məlumatına əsasən, İranın kimya olimpiada komandası əlli dördüncü ümumdünya kimya olimpiadasında iki qızıl və iki gümüş medal əldə edib.

İran komandası keçən il bu olimpiadada onuncu olmuşdu.

Çin, Vyetnam, Yaponiya və Tayvan, müvafiq olaraq, birincidən dördüncüyədək olan yerləri tutublar. Cənubi Koreya və Sinqapur İrandan sonrakı pillələrdə durublar.

 

Teqlər