İyul 22, 2022 16:34 Asia/Baku
  • İranın milli voleybol
    İranın milli voleybol

İranın milli voleybol komandası Millətlər Liqası-2022-də yeddi qələbədən və yarışlarda yaxşı göstəricidən sonra Beynəlxalq Voleybol Federasiyasının sıralama cədvəlində 8-ci pilləyə geri dönüb.

SəhərAzəri-nin məlumatına əsasən, Voleybolçularımız Millətlər Liqası-2022-də on üç görüş keçirib və bütövlükdə yeddi qələbə və altı məğlubiyyət nəticəsi əldə ediblər. Bu yarışlardan sonra İranın milli voleybol komandası 278 xalla Beynəlxalq Voleybol Federasiyasının sıralama cədvəlində 8-ci pilləyə qayıdıb. Yaponiya millisi 273 xalla 9-cu pillədə qərarlaşıb. Beləliklə İran komandası Asiya qitəsinin ən yaxşı komandası olubdur.

Belə bir halda, Beynəlxalq Voleybol Federasiyası tərəfindən elan olunan böyüklərin yığma komandaları üzrə cari milad ilindəki ilk sıralamada İranın milli voleybol komandası 267 xalla dünya üzrə onuncu pillədə dururdu.

Polşa yığması 391 xalla dünyada birinci olmaqda davam edir. Braziliya, Fransa, Rusiya və İtaliya müvafiq olaraq, ikincidən beşinciyədək olan pillələrdə qərarlaşıblar.

 

Teqlər