İyul 23, 2022 12:09 Asia/Baku
  • İran kosmosa peyk buraxacaq

İran Kosmik Təşkilatının rəhbəri verdiyi açıqlamada daha bir peykin kosmosa buraxılmağa hazır olduğunu və bu peykin buraxılış qrupunun gərgin səyləri ilə payızda kosmosa buraxılacağını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, İran Kosmik Agentliyinin rəhbəri Həsən Salariyyə kosmosda olmağın və kosmik imkanlardan istifadə etməyin zəruriliyini vurğulayaraq, əlavə edib: "Demək olar ki, kosmosda fəallıq olmadıqda ölkələrin suverenliyi sual altındadır və dövlətlər tam suverenliyə malik ola bilmirlər". 

Salariyyə bildirib ki, kosmos indi ölkələrin suverenliyinin ayrılmaz hissəsinə çevrilib, məsələn, bu gün insanların ərzaq təhlükəsizliyi ilə əlaqəli olan kənd təsərrüfatı sektorunda idarəetmə bu gün kosmosda olmadan çox baha başa gəlir və son dərəcə natamam olur". 

İran rəsmidi deyib: "Kosmosda mövcudluq sayəsində əkin sahələri, müxtəlif zərərvericilər, quraqlığın vəziyyəti və əkin sahələrinə dəymiş ziyan haqqında qısa müddətdə yüksək sürətlə tam əhatəli təhlil apara bilərik".

İran son qırx ildə kosmik texnologiyaya nail olmaq sahəsində davamlı və irəliyə doğru addımlar atıb.

Teqlər