İran XİN sözçüsü:
Nüvə anlaşmasına yaxın və ya uzaq olmaq ABŞ-ın siyasi qərarından asılıdır
İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Tehran nüvə danışıqlarında böyük çevikliyə malikdir və razılaşmaya yaxın və ya uzaq olmaq Vaşinqtonun siyasi qərarından asılıdır.
SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani keçirdiyi həftəlik mətbuat brifinqində nüvə anlaşmasının canlandırılması ilə bağlı sualın cavabında jurnalistlərə bildirib ki, İran nüvə danışıqlarında böyük çeviklik nümayiş etdirib, İran yaxşı, güclü və davamlı razılaşma axtarır və indiyə kimi bir sıra konstruktiv təşəbbüslər də irəli sürüb. Əgər ABŞ konstruktiv hərəkət edərsə və İranın təşəbbüslərinə müsbət cavab verərsə, razılaşma əldə edilə bilər. İran razılaşmanın tərəfdarıdır. Bununla belə, tələsik və emosional hərəkət etməyəcək və millət və ölkənin maraqlarını nəzərə alacaq".
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin son iddialarına reaksiyada, deyib: : "İran MAQATE-nin üzvüdür və son illərdə konstruktiv və interaktiv münasibətlə anlaşılmazlıqları aradan qaldırmaq üçün səy göstərib. Amma Agentlik həmişə İranın nüvə proqramına qeyri-peşəkar və ədalətsiz yanaşır. Təəssüf ki, Qrossinin bəzi açıqlamaları sionist rejimin mövqeləri ilə üst-üstə düşür".
Putinin Tehrana səfəri və Ukrayna müharibəsi ilə bağlı bəzi iddialarla bağlı suala cavab olaraq iranlı diplomat deyib: "İranın Ukrayna müharibəsi ilə bağlı mövqeyi aydındır. İran istənilən ölkəyə qarşı hər hansı hərbi və müharibə strategiyasının əleyhinədir və hesab edir ki, fikir ayrılıqlarını siyasi yollarla həll etmək lazımdır".
Kenani İran prezidenti ilə Fransa prezidenti Makron arasında telefon danışığına toxunaraq, deyib: "Bu telefon danışığı mühüm diplomatik inkişaf idi. Bu söhbət iki ölkənin xarici işlər nazirlərinin nüvə danışıqları ilə bağlı əvvəlki məsləhətləşmələrinin tamamlayıcısı idi ki, qarşı tərəfin xoş niyyəti ilə fikirlərin yaxınlaşmasına kömək edə bilər, eyni zamanda Fransa nüvə danışıqlarının davamında müsbət və faydalı rol oynamaq istəyir".
İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ tərəfindən qaldırılan yayındırıcı məsələlərə toxunaraq, deyib: "Bu ölkənin hökuməti yayındırıcı məsələləri gündəmə gətirməklə, saxta ikiliklər yaradaraq, siyasi məqsədlər güdür".
Nasir Kənani əlavə edib ki, ABŞ-ın strategiyası gərginlik və böhran yaratmaqdır və bu cür davranışlar regionda sülh və təhlükəsizliyə töhfə vermir.