İyul 28, 2022 14:16 Asia/Baku
  •  Sionistlər İran əleyhinə ən mürəkkəb kombinə üsullar hazırlayıbmışlar

İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi İranda saxlanılan bir qrup Mossad casusu ilə bağlı bir sıra yeni məlumatlar yayıb.

SəhərAzəri-nin məlumatına əsasən, nazirlik bundan əvvəl İsrailin milli kəşfiyyat xidməti “Mossad”da işləyən cəsuslar şəbəkəsini dağıdıb.

Bildirilir ki, sionist rejimlə əlaqədə olan terrorçuların məqsədi ölkənin müdafiə sənayesinin həyati mərkəzini partlatmaq olub ki, sionistlər bunun üçün ən mürəkkəb kombinə üsullar hazırlayıblar. Qrupun əməliyyat elementləri terrorçu və muzdlu "Komulə" qruplaşmasının üzvləridir ki, onlar bu missiya üçün birbaşa olaraq bu qrupun lideri tərəfindən seçilərək Mossad zabitlərinə təqdim ediliblər. 

Məlumata əsasən, terrorçulardan müsadirə edilən texnikanın miqdarı o qədər çox olub ki, əməliyyat qrupunun üzvlərinin onu birbaşa çıxarması mümkün deyil. Terrorçulardan müsadirə edilən silah və texnikalar arasında əsas hədəfi məhv etmək üçün 8 çox güclü bomba və əsas əməliyyatdan sonra qrupun texnikasını məhv etmək üçün 8 kiçik ölçülü bomba, hədəf idarəetmə sistemlərinin fəaliyyətini pozmaq üçün xüsusi texniki vasitələr, habelə onun uzaqdan partladılması üçün, görünüşü dəyişdirmək üçün alətlər və vasitələrin tam dəsti və barmaq izlərini dəyişdirmək üçün alətlər yer alıb. 

Teqlər