İyul 30, 2022 12:27 Asia/Baku

“Beynəlxalq müstəvidə baş verən proseslərə görə Tehran və Moskva siyasi və təhlükəsizliklə yanaşı, ən dərin strateji əlaqələr mərhələsinə daxil olublar."

SəhərAzəri-nin məlumatına əsasən, bunu ölkə parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini deyib.

 

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının həmin üzvü sonra deyib: “Yeni əməkdaşlıqlar bu iki ölkənin iqtisadi parametrlərini ehtiva edəcək və iki ölkənin mənfəətləri üçün müsbət bir üfüq yaradacaq.”

Deputat əlavə edib ki, 40 milyard dollarlıq sərmayə ilə neft və qaz sahəsində anlaşma memorandumunun imzalanması İranın neft sənayesində böyük inkişaf hesab olunur.

İranın bu millət vəkilinin fikrincə, İran və Rusiya arasında neft və qaz sahəsində strateji razılaşma həyata keçərsə, iki ölkə enerji qiymətinin müəyyən edilməsində və dünya neft bazarının idarə olunmasında ən yüksək rolu oynaya biləcəklər.

Teqlər