Avq 03, 2022 19:07 Asia/Baku
  • İranın danışıqlar qrupu Vyanaya gedir

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İranın danışıqlar qrupu ABŞ-ın zalımcasına sanksiyalarının aradan qaldırılması ilə bağlı danışıqları davam etdirmək üçün Vyanaya gedəcək. .

SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib: "Baş müzakirəçi Əli Bakirinin başçılıq etdiyi İran nümayəndə heyəti yaxın bir neçə saat ərzində sanksiyaların ləğvi ilə bağlı danışıqlar aparmaq üçün Vyanaya gedəcək". 

Kənani qeyd edib ki, əvvəlki kimi Avropa İttifaqının koordinasiyası ilə keçiriləcək danışıqların bu raundunda tərəflərin təqdim etdiyi ideyalar, o cümlədən İran İslam Respublikasının bu həftənin əvvəlində qarşı tərəfə təqdim etdiyi ideyalar ətrafında müzakirə və fikir mübadiləsi aparılacaq.

O, İran İslam Respublikasının İran xalqının hüquq və mənafeyini təmin edən davamlı razılaşma əldə etmək əzmini bir daha vurğulayıb və ümidvarlıq edib ki, digər tərəflər lazımi qərarlar qəbul edərək və qalan məsələlərin həllinə ciddi diqqət yetirərək, danışıqları səmərəli şəkildə irəli aparacaqlar.

İrana qarşı qeyri-qanuni və zalımcasına sanksiyaların radan qaldırılmasına yönəlmiş danışıqlarda İranın danışıqlar qrupunun təşəbbüsləri sayəsində müəyyən irəliləyişlər əldə edilmişdi, lakin qərb tərəflərinin, xüsusən də Co Baydenin ABŞ-ın əvvəlki administrasiyasının qeyri-qanuni hərəkətlərini kompensasiya etmək üçün passivliyi və maksimum təzyiq kampaniyasının davam etdirilməsi bu ölkənin nüvə anlaşmasına qayıtmaqda ciddiliyinə şübhələr yaradıb və danışıqlar prosesinin uzanmasına səbəb olub. 

Teqlər