Avq 04, 2022 16:55 Asia/Baku
  • Qərb konstruktiv olmalı, İranın hüquqlarını tanımalıdır - TƏHLİL

Əli Baqirinin başçılıq etdiyi İran nümayəndə heyəti cümə axşamı səhər Vyanaya daxil olaraq müzakirəyə başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, əvvəlki dövrlərdə olduğu kimi İran və ABŞ arasında birbaşa dialoq olmayacaq, vasitəçilik danışıqları koordinator vasitəsilə aparılacaq;

Bu səfərin məqsədi qalan bir neçə məsələ ilə bağlı məsləhətləşmək və razılığa gəlmək üçün baxışları yaxınlaşdırmağa çalışmaqdır;

Vyana danışıqlarının əvvəlki raundundan bəri avropalı baş diplomatlar İran və ABŞ-la müntəzəm təmasda olaraq tərəfləri ortaq məxrəcə gətirməyə çalışırlar.

Bu arada Amerikanın uyğun qərar qəbul etməməsi və İranın əsas tələblərinə cavab verməyən mövqelərdə israrlı olması müzakirələrə kölgə salmışdır.

İran isə iki prinsipin təmin edilməsində israrlıdır:

1- Sanksiyaların zəmanətli şəkildə effektiv və daimi olaraq aradan qaldırılması təmin edilməlidir;

2- Bir məsələ gələcəkdə İrana qarşı istifadə olunacaq təzyiq rıçaqı kimi qalmamalıdır;

Hesab etmək olar ki, Amerika hökuməti, eləcə də Avropa tərəfləri lazımi iradəyə malik olsalar, qalan məsələləri tez bir zamanda yekunlaşdırmaq və razılığa gəlmək mümkündür.

Vyana danışıqları elə bir şəraitdə bərpa olunur ki, Qərb tərəflərinin bəzi qalan məsələləri yekunlaşdırmaq məqsədilə Vyanaya gələcəyi gözlənilir.

Təəssüf ki, son aylarda Avropa tərəfləri praktiki olaraq nüvə sazişindən çıxan tərəfin yanında olublar və enerjilərinin bir hissəsini İrana qarşı media təzyiqi yaratmağa yönəldiblər. Buna görə də, irəliyə doğru addım atmaq üçün İranı günahkar göstərməyə çalışmaq əvəzinə onların qalan bir neçə məsələnin həllinə diqqət yetirmələri gözlənilir.

Teqlər