Avq 06, 2022 10:58 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Seyidduşşühəda(ə)-ın əzadarlıq mərasiminin ikinci gecəsi keçirilib

Həzrət Əba Əbdillah Əl-Hüseyn əleyhissalamın əzadarlıq mərasiminin ikinci gecəsi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə.) adına hüseyniyyədə keçirilib.

Mərasimdə çıxış edən höccətülislam vəlmüslimin Ali dindarlığın əsas göstəricisi və meyarını haqq imamının cəbhəsində qərarlaşmaq və İmamın yeri və missiyasını bilmək adlandırıb və deyib: Bu başlıca göstəriciyə əsasən, İran xalqının dindarlığı nəinki İslam İnqilabından sonra say cəhətdən artıb, həm də qırx ildən çoxdur ki, xalq fədakarlıqla dünyada haqq və ədalətin əvəzsiz bayrağı kimi İran İslam Respublikasının bayrağını dalğalanan şəkildə saxlamaq üçün öz dindarlıq keyfiyyətini diqqətəlayiq dərəcədə artırıbdır.

Mərasimdə həmçinin cənab Mehdi Sələhşur müsibəti zikr edib, növhə oxuyubdur.

Teqlər