Rəisi sionist rejimin cinayətləri qarşısında müqaviməti vurğulayıb
Sionist rejimin Qəzzə zolağına qarşı hücumdakı son cinayətlərini pisləyən İran İslam Respublikası prezidenti deyib: Sionist rejimin cinayətləri qarşısında dayanmaq, şübhəsiz, bu rejimin tənəzzülünü sürətləndirəcək.
Seyid İbrahim Rəisi öncə Həzrət Əba Əbdillah Əl-Hüseyn əleyhissalamın və onun vəfalı köməkçilərinin şəhadət günləri ilə bağlı başsağlığı verib və sonra belə deyib: Sionist rejim dünən gecə Qəzzə zolağına qarşı cinayətində bir daha öz işğalçılıq və təcavüzkarlıq xislətini dünya xalqlarına göstərdi, amma Qəzzə əhalisinin müqaviməti, bu uşaqöldürən rejimin tənəzzülünü sürətləndirəcək.
İran İslam Respublikasının prezidenti həmçinin Amerika və sionist rejimin Əfqanıstandakı təfriqəsalanları və muzdlularının fitnəsinə toxunub: Əfqanıstanda Hüseyni əzadarlığı məclisini qana boyayan kəslər məhz zamanın yezidləri və müsəlmanlar arasında təfriqə salmaq niyyətində olan dünyanın zalım qüvvələrinin ünsürləridirlər. Əfqanıstanın hakim dairələrinin bu cinayətkarları aşkar edib, bütün Əfqanıstan xalqının təhlükəsizliyini təmin etmələri zəruridir.