Avq 08, 2022 10:16 Asia/Baku

Sepahın baş komandanı general Səlami deyib ki, bu gün Barak, Netanyahu və Bennet kimi fanatik sionist rəsmilər də rejimin acizliyini etiraf edir və onun yaxınlaşan süqutundan danışırlar.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nəxalə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Qərargahında olaraq general Hüseyn Səlami ilə fikir mübadiləsi aparıb.

Bu görüşdə general Hüseyn Səlami İran xalqı üçün Fələstinin azadlığını bir arzu və amaldan daha üstün və önəmli olduğunu bildirirb.

General Səlami deyib: Məqsədimiz və strategiyamız müqəddəs Qüdsü azad etmək və Fələstinin itirilmiş və işğal olunmuş torpaqlarını ilk sahiblərinə qaytarmaqdır.

O, əlavə edib: İşğal olunmuş Fələstindəki inkişaf yolu və sionistlərin qüdrətinin tənəzzülü geri dönüşü olmayan bir yoldur və ilahi lütflə Qüdsün azadlığı yaxındır.

Səlami Fələstin müqavimətinin imkanlarının artırılmasına toxunaraq qeyd edib ki, bu gün Fələstin müqavimətinin gücü keçmişlə müqayisədə inkişaf edib və potensial və faktiki imkanları ilə böyük müharibələri idarə etmək qabiliyyəti əldə etdiyini göstərir.

Teqlər