Avq 08, 2022 20:21 Asia/Baku
  •  İran
    İran

Hüseyn əleyhissalam əzadarlıq dəstə və heyətləri şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseyn əleyhissalama iqtida ilə, o həzrətin sonuncu namazının xatirəsinə, İslami İranın hər yerində Aşura günorta namazını camaat şəklində qılıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Hər il İmam Hüseyn əleyhissalamın Aşura günortasındakı son namazının xatirəsinə qılınan Hüseyn Aşurasının günorta namazının ən mühüm mesajı, İslam dinini yaşatmaq və ən çətin şəraitdə bütün yüksək ilahi və insani dəyərləri bərpa etməkdir.

Hüseyn Aşurası günündə məscid, hüseyniyyə və təkyələrə gələn İslami İranın əzadar xalqı həmçinin sinə və zəncirvurma dəstələri təşkil edib, növhələr oxuyubdur. Onlar şəhidlər ağasının və o həzrətin sadiq köməkçilərinin matəmində göz yaşları axıdıblar.

 

Teqlər