Avq 11, 2022 19:54 Asia/Baku
  • Konya-2021
    Konya-2021

İranın idman karvanı Konya-2021 İslam Həmrəyliyi Oyunlarında ikinci yerdədir.

SəhərAzəri-nin məlumatına əsasən, İslam Həmrəyliyi Oyunlarının medal cədvəli yenilənib və Türkiyə, İran və Qazaxıstan birincidən üçüncüyədək olan yerlərdə durublar.

Beşinci İslam Həmrəyliyi Oyunları avqustun beşində Türkiyənin Konya şəhərində başlanıb və idmançılar müxtəlif idman növlərində fərdi və komanda bölmələrində rəqiblərilə qarşılaşıblar.

İranın idman karvanı səkkiz qızıl, on iki gümüş və yeddi bürünc medalla yarış cədvəlinin ikinci pilləsində durur.

Konya şəhərinin “Türkü Arena” stadionunda açılış mərasiminin keçirilməsi və yarışların rəsmi surətdə başlanması ilə ölkələr indiyədək rəngarəng medallar qazanmağa müvəffəq olublar.

 

Teqlər