İranın əsassız iddiaya reaksiyası
https://azeri.sahartv.ir/news/İran-i392212-İranın_əsassız_iddiaya_reaksiyası
İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın Bəndər Abbas limanından Yəmənin Əlhudəydə limanına silah qaçaqmalçılığı ilə bağlı əsassız iddiaya cavab verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2022 06:52 Asia/Baku
  • Nasir Kənani
    Nasir Kənani

İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın Bəndər Abbas limanından Yəmənin Əlhudəydə limanına silah qaçaqmalçılığı ilə bağlı əsassız iddiaya cavab verib.

SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani deyib: Bu cür iddialar əsassız olub, təcavüzkar koalisiya və onun qərbli himayədarları tərəfindən təkrar olunan səhnələşdirmədir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Təcavüzkar koalisiya və onun qərbli himayədarları yeddi ildən çox bir müddətdə Yəməndə törətdikləri, günahsız insanların qırğın edilmələri və Yəmənin infrastrukturlarının məhv edilməsinə bais olduqları və əsrin ən böyük insan faciəsini törətdikləri cinayətlərə görə cavab verməlidirlər.

Kənani sonra deyib: İran İslam Respublikasına ittiham vurmaq, yalnız region və dünya xalqlarının ümumi fikrini Yəmən böhranının reallıqlarından yayındırmaq istiqamətindədir.